Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər - VİDEO

Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər - VİDEO

Tarix: 22 Mart 2023 10:26

Fransanın Marsel şəhəri yaxınlığında Fos-sur-Mer kommunasında "Exxon Mobil" neftayırma zavodunun ərazisində etirazçılarla polis qüvvələri arasında toqquşma baş verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Yayımlanan videoda zavod ərazisində taxta parçalarının yandırıldığını, həmçinin qaçan etirazçıları görmək mümkündür.

Qeyd edilir ki, bu etiraz aksiyasına da səbəb prezident Emmanuel Makronun pensiya yaşının artırılması ilə bağlı qərarı olub.

Milli.Az


Etiketlər:  Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ