Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2023 06:35
Müğənni Roza Zərgərli Moskvada üç gün bayram konserti ilə səhnə alıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki,sənətçinin çıxışı zamanı izdiham yaşanıb. Belə ki, 500 nəfərlik zal tam dolduğu üçün 200-ə yaxın tamaşaçı yer olmadığına görə qapıdan qayıdıb.
Zərgərli çıxışından görüntüləri instaqram hesabında paylaşıb.
Bu izdihamı nəzərə alan təşkilatçılar apreldə yenidən konsert verməyi planlaşdırır.
Qeyd edək ki, müğənni Moskvadakı üç günlük tədbirin gəlirini Türkiyədəki zəlzələ qurbanlarına ianə edib.