Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski: Rusiya mütləq cavab verəcək!

Zelenski: Rusiya mütləq cavab verəcək!

Tarix: 23 Mart 2023 07:44

Rusiyanın bütün zərbələrinə hərbi, siyasi və hüquqi cavab veriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Kramatorskda demək olar ki, daimi hava hücumu sirenası, davamlı atəş təhlükəsi, daimi həyat təhlükəsi var. Məhz orada, Donbasda, Xarkov vilayətində aydındır ki, terror dövlətini başqa heç nə dayandıra bilməz. Amma biz bunu təmin edəcəyik. Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik. Bu gün Rusiyanın Zaporojyeyə zərbələri, Kiyev vilayətinə gecə hücumu... Rusiyanın bütün zərbələrinə həm hərbi, həm siyasi, həm də hüquqi cavab veriləcək. Moskva bu müharibədə itirir", - o bildirib.

Milli.Az


Etiketlər:  Zelenski Rusiya mütləq cavab verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ