Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2023 17:15
Aparıcı Vüsalə Əlizadə prodüser Oqtay Əliyevin efir ölüm xəbərini açıqlayarkən hisslərini cilovlamasını yanlış anlayanlara cavab verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında açıqlama yayıb:
"Xəbəri efir bitənə yaxın mənə dedilər. Hamı bilir ki, belə bir acı yaşamışam. Amma efirin öz qanunları var. Acılarını gizlə və gülümsə... Bu insan bir başqa əziz idi. Xəbəri boğula-boğula dedim, amma inanmadım. Özüm morqa gedənədək... Çox heyif! Əlvida dəyərli insan, müasir televiziyanın danışan dili, ilk addımlarımdan bu yana məni dəstəkləyən Oqtay müəllim".
Qeyd edək ki, Vüsalə Oqtay Əliyevin sahib olduğu "SOY" prodakşının müəllifi olduğu bir çox layihələrdə aparıcılıq edib.