Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2023 23:00
Aparıcı Vüsalə Əlizadə ötən gün Oqtay Əliyevin ölüm xəbərini canlı efirdə açıqlayarkən keçirdiyi hisləri tənqid edənlərə cavab verib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə o, təqdim etdiyi "7 canlı" verilişində danışıb.
"Haqqımda nəsə paylaşılırsa, rəyləri oxumağı özümə qadağa qoymuşam. Təsadüfən baxıb gördüm ki, nə qədər içi çirkinləşmiş insanlar var aramızda, nə qədər axirətini bilməyib danışan insanlar var... İnanın ki, əməl dəftəriniz yüklənir, bu çox ağırdır, bununla axirətə getmək çox çətindir. Sevməyə bilərsiniz, amma olduğu kimi qəbullanın. Televiziyanın məsuliyyətini, ağırlığını kimsə bilməz. Mən bəlli bir şeylər yaşamışam. Və bunu çox böyük acı ilə deyirəm ki, qəza mənim də həyatımın ən ağır tərəfidir. Və "7 canlı" heyəti bu hadisəni efir öncəsi məndən gizlətdi.
Çünki bilirdilər ki, nə qədər acı çəkə bilərəm, nə yaşaya bilərəm. Efir formatı, veriliş mənim durumuma bağlı olduğu üçün komanda bunu məndən gizlətdi. Efirin bitməyinə az qalmış bu məlumat verildi və informasiyanı olduğu kimi çatdırmalıyam. İnformasiyaçıyam, mənim işim, borcumdur. Redaktor qulaqlıqla məlumatı verir. Bunu belə iyrənc həddə gətirib, mənim çəkdiyim acıya qatıb-qarışdırıb, yaşadıqlarıma şərhlər verib yazan insanlar çox acizsiniz, heyif. Əməl dəftərinizə çox yük yığırsnız. Həyat çox gözəldir, nə olar sevgi ilə yanaşaq", - deyə, Əlizadə qeyd edib.