Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Tarix: 24 Mart 2023 08:44

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, almaniyalı diplomatı hava limanında Gürcüstan XİN başçısının müavini Xatuna Totladze qarşılayıb.

Ölkəyə səfəri çərçivəsində Almaniyanın baş diplomatı hökumət başçısı İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə görüşəcək. A. Barbek həmçinin təmas xəttinə yollanacaq, oradakı durumla tanış olacaq.

Qeyd olunub ki, bu, Annalena Berbokun Gürcüstana ilk rəsmi səfəridir.

Milli.Az


Etiketlər:  Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir


RƏYLƏR