Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 20:18
"Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
O bildirib ki, işğalçı hakimiyyət bu barədə vətəndaşlara müraciət edib.
A.Yusovun sözlərinə görə, Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən Krım işğaldan azad edilməyənədək sülh olmayacaq.