Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada İLK DƏFƏ! 2024-cü ilin martından qüvvəyə minir...

Dünyada İLK DƏFƏ! 2024-cü ilin martından qüvvəyə minir...

Tarix: 25 Mart 2023 08:24

ABŞ-ın Utah ştatında dünyada ilk dəfə olaraq uşaqlardan sosial media proqramlarına abunə olmaq üçün valideyn razılığı tələb ediləcək.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,ştat qubernatoru tərəfindən təsdiqlənən qanun valideynlərə övladlarının sosial media hesabları üzərində tam səlahiyyət verir.

Qanuna görə, Instagram, TikTok və ya Facebook-da hesab açmaq istəyən uşaq valideynlərindən xüsusi icazə almalı olacaq. Bununla yanaşı, valideynlər övladlarının mesajlarına və yazılarına çıxış əldə edəcəklər. 

Qanunla axşam saat 22:30-dan səhər saat 6:30-a qədər uşaqların sosial şəbəkələrə daxil olmasının qarşısı alınacaq. Bunun istisnası valideyn razılığı əsasında olacaq. Eyni qanuna görə, sosial media şirkətləri əyalətdəki uşaqlardan məlumat toplaya və ya reklam məqsədləri üçün onları hədəfə ala bilməyəcək.

Qanun dəyişiklikləri 2024-cü il martın 1-dən qüvvəyə minəcək.

Lakin bəzi ekspertlər belə məhdudiyyətlərin problemli evlərdə yaşayan uşaqlara mənfi təsir göstərə biləcəyi qənaətindədir.


Etiketlər:  Dünyada İLK DƏFƏ 2024 ilin martından qüvvəyə minir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ