Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

Tarix: 26 Mart 2023 19:00

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində "VAZ-21012" markalı minik avtomobili ilə "SKODA" markalı minik avtomobili toqquşub.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Xaçmazda toy karvanı qəzaya düşüb xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ