Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya kanalından Xankəndi ilə bağlı ETİRAF

Rusiya kanalından Xankəndi ilə bağlı ETİRAF

Tarix: 26 Mart 2023 23:03

Rusiyanın Birinci kanalında yayımlanan "SSRİ əsri" verilişində Azərbaycan haqqında olan hissədə Xankəndidə yerləşən "Biz və bizim dağlar" heykəli də nümayiş etdirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Cavid Osmanov sosial şəbəkə hesabında paylaşım edib.

"Rusiya öz cəmiyyətinə göstərir ki, ermənilərin "Stepanakert" adlandırdığı Xankəndi şəhəri tarixən Azərbaycanın olub və Azərbaycana da qayıdır", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Rusiya kanalından Xankəndi ilə bağlı ETİRAF


RƏYLƏR