Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 15:44
İtaliyalı futbol agent Cüzeppe Palyara iddia edib ki, “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Fergüssona rüşvət verib.
Qol.az-ın “The Telegraph”a istinadən yazdığına görə, futboldakı korrupsiya işində əsas müttəhimlərdən olan Palyara adı gizli saxlanılan bir jurnalistlə söhbətində bildirib ki, Fergüsson “MY”ni çalışdırdığı vaxt Çempionlar Liqasında “Yuventus”a oyun vermək üçün onunla danışıq aparıb. İddia edilib ki, lazimı nəticənin əldə edilməsi məqsədi ilə Palyara şotlandiyalı mütəxəssisə dəyəri 30 min avro olan “Rolex” saatı hədiyyə edib.
Həmçinin o belə bir ittiham irəli sürüb ki, Fergüssson futbolçuların transferindən də pul mənimsəyib və yalnız onunla bu işbirliyində olan agentlərlə işləyib.
Xatırladaq ki, 77 yaşlı mütəxəssis 1986-2013-cü illər aralığında “qırmızı şeytanlar”ın baş məşqçisi olub.