Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2024: Azərbaycan növbəti oyununu keçirəcək

AVRO-2024: Azərbaycan növbəti oyununu keçirəcək

Tarix: 27 Mart 2023 08:36

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Sonxeber.net "report"a istinadən bildirir ki, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.

F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.

AVRO-2024, seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç - Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, "Frends Arena"


Etiketlər:  AVRO 2024 Azərbaycan növbəti oyununu keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ