Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyada keçidlərinin az olduğu Bakıda keçid sökülür - VİDEO

Piyada keçidlərinin az olduğu Bakıda keçid sökülür - VİDEO

Tarix: 28 Mart 2023 19:00

Paytaxtda bir küçədə iki keçid var.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, keçidlərdən biri qanuni, digəri isə qanunsuzdur.

Keçidin qanunsuz olmasını Şəhərsalma və Arxitektura komitəsi təsdiqləyib. Qurumdan bildirilib ki, keçid inşa edilməzdən əvvəl, əraziyə uyğun olmaması ilə bağlı icraçı quruma məlumat verilsə də, bu heç nəyi dəyişməyib.

Yaxınlıqda yaşayanlar isə söküntünü birmənalı qarşılamayıb.

Məsələyə Avtomobil Yolları dövlət Agentliyi də münasibət bildirib. Qurumdan deyiblər ki, küçədə işiqforla tənzimlənən piyada keçidi qurulduğu üçün, yerüstü piyada keçidinin inşasi məqsədəuyğun hesab edilməyib, sökülərək başqa yerə qurulması barədə qərar qəbul edilib.

Aydındır ki, sözügedən keçidin inşası üçün müəyyən qədər vəsait sərf edilib. Əgər indi keçid sökülürsə, deməli tikintisinə ayrılan maliyyə boşa xərclənmiş anlamına gəlir. Keçidin inşası üçün nə qədər vəsait tələb olunur?

AAYDA-dan bu sualımıza cavab verilmədi. Memarlar isə iddia edir ki, bu ölçüdə bir keçidin ərsəyə gəlməsi üçün, təqribən 70-80 min manat tələb olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Piyada keçidlərinin az olduğu Bakıda keçid sökülür VİDEO


RƏYLƏR