Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2023 09:48
Bakıda kafeyə silahlı basqın olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.
Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.