Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mənə görə qızı olan analar ikinci dəfə ailə qurmazlar"

Tarix: 29 Mart 2023 16:15

"Həyat yoldaşım, böyük sənətkar Yusif Vəliyev rəhmətə gedəndən sonra kinostudiyada mənə qarşı çox pis münasibətlərin şahidi olurdum. Kinostudiyanın o vaxtkı rəhbəri Cəmil Əlibəyov hər yola əl atırdı ki, məni işdən çıxarsın. Bunu bütün sənətkarlar bilir. Hamı o illərdə buna şahidlik ediblər. Filmlərdən çıxarırdılar, bir çox filmlərə təsdiqlənirdim, sonralar başqa aktrisanın çəkildiyini görürdüm. 40-a yaxın filmim var, amma daha çox ola bilərdi. Rejissorlar da ona tabe idi, onun dediyini edirdilər. Üzərimə də bir ad qoymuşdular ki, onun istedadı yoxdur. Bircə rejissor Oqtay Mirqasımov ona dedi ki, "mən filmimdə Zemfira xanımı görmək istəyirəm".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, "Dəli Kür" filminin Mələyi Zemfira Sadıqova deyib.

"Yusifi itirəndən sonra çox ağır günlər yaşadım. Ona da zamanında haqsızlıqlar az olmayıb. Yusiflə həyatım dolu idi, ondan sonra böyük boşluq yarandı. İki uşaqla təkbaşına qaldım. Təbii ki, o vaxtlar da mənə ciddi evlilik təklifləri gəlirdi, amma mən heç vaxt ailə həyatı qura bilməzdim. Çünki evimdə qız uşağı böyüdürdüm. Mənə elə gəlir ki, qızı olan analar ikinci dəfə evlənməli deyillər" deyə sənətkar bildirib.
 
Aktrisa bildirib ki, rejissorlardan maraqlı təkliflər gözləyir.

"Sənətkar, aktrisa hər zaman filmdə, serialda çəkilmək istəyir. Çünki bu onun işidir. Mən də istəyirəm. Təbii ki, maraqlı və mənə uyğun senari olarsa, çəkilişlərə razılıq verərəm. Obraz məni aktrisa kimi cəlb etməlidir. Yəqin ki, rejissorlar mənə uyğun senari düşünəcəklər. Mən yaşda sənətkar bundan sonra nə edə bilər? Çəkiliş də yoxdursa ümumiyyətlə heç bir şey edə bilməz. 1965-ci ildən filmlərdə çəkilirəm. Bununla belə atda-butda filmlər çəkilir. Kinostudiya çox pis gündədir, hansı kinodan danışa bilərik? Mən sonuncu dəfə görəndə bu görkəmdə idi, indi bilmirəm, bəlkə də düzəlib?! Bu kinoya yaraşmayan bir haldır. Ümumiyyətlə incəsənətimizin bir çox sahələri sanbaldan düşüb. Nə bəstələr, nə müğənnilər o səviyyədə deyil. Özünüz görmürsünüz ki, bu gün yazılan mahnılar, 1 saat sonra yaddan çıxır?! Efirlərdə baş verənlər də göz qabağındadır. Mən bilmirəm bura efirdir yoxsa restoran! Baxa bilmirəm. Televiziya böyük təbliğat maşınıdır. Hansı efirə baxırsansa, evlənmək üçün gələn adamları görürsən" deyə sənətkar bildirib.
 
Əməkdar artist "Xalq artisti" fəxri adı almamasından da danışıb.

"Cavan aktyorlar, aktrisalar var ki, "xalq artisti" fəxri adı alıblar. Çıxın şəhərdə sorğu edin, onların heç birini xalq tanımır. Təbii ki, layiqliləri də avr. Yaxşı, bəs onlar necə xalq artisti olurlar?! Məni tanıyırlar, sevilər. Rollarım məni xalqa sevdirib. 40-dan çox filmim var, niyə "xalq artisti" fəxri adını almamalıyam ki?! Mən gedib fəxri adıma görə, evə görə qapı döyməliyəm?! Xahiş etməliyəm? Bunu görmürlər ki?! Mən buna layiqəmsə, niyə bu fəxri adı məndən əsirgəyirsiniz?" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Mənə görə qızı olan analar ikinci dəfə ailə qurmazlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ