Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlkin Həsənidən ayrılıq xəbərlərinə REAKSİYA: Çox heyf...

İlkin Həsənidən ayrılıq xəbərlərinə REAKSİYA: Çox heyf...

Tarix: 1 Aprel 2023 19:30

"Hər dəfə deyirəm televiziyaya aparıcı kimi qayıdacağam, sonra nəsə bir problem çıxır. Keçən dəfə müsahibədə dedim, pandemiya düşdü. Sonra fasilələr oldu, indi də söz verməyə qorxuram. Əvvəlcədən demək düşmür. Sırf özümlə bağlı bir iş var ki, çalışırıq. Bir layihə olacaq, amma hələ təsdiqlənməyib. Həm televiziyada, həm də yutubda yayımlanacaq. İlkin orada aparıcı fiqurlardan biri olacaq".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni "MTV xəbər"ə deyib. İlkin uğursuz layhələrdən bəhs edib:

"Ucuz şou o olur ki, sən beynində fikirləşirsən: belə edəcəyəm, partladacağam, hamı məndən danışacaq, layihəm 1 nömrə olacaq. Mailiyyə tərəfinə gələndə artıq başa düşür ki, qardaş mənim pulum yağlı bir kababa deyil, dönərə çatır. Elə dönər alım yeyim. Axırda gəlir mailiyyənin başında çartlayır. Görür, heç kim danışmır artıq başlayır verilişinin daxilində hansısa ucuz işlərə əl atır ki, heç olmasa, sosial şəbəkələr ondan danışsın. 

İndi tanınmış olmaq hər bir insana yaraşmır. Elə adamlar var baxıb fikirləşirsən ki, çox heyf o adam tanınır. Məşhur olmaq o demək deyil ki, sən sevilirsən. Bunlar tamam ayrı anlayışlardır. Hal-hazırda əksəriyyət populyardır. Amma sevilmirlər".

Qızı Alisdən danışan İlkin "5 ildir ki, qızımla məndə ata-bala sevgisi, ilbəil deyil, günbəgün çoxalır. Bir xanım olaraq, kaprizləri var. Mən də bir ata olaraq o kaprizləri nəzərə alıram. Deyilənə görə mənimlə bir bənzərliyi yoxdur, amma bəzi xasiyyətlərində oxşarlıq var. Təbii ki, qızım böyüsə də, onun kaprizlərinə dözəcəyəm. Çalışacağam o mühitdə böyüsün ki, qadağalara ehtiyac olmasın" sözlərini deyib.

Aparıcı bir müddət əvvəl həyat yoldaşı Ayseldən ayrılması haqda yayılan xəbərlərə münasibət bildirib:

"Sevmirəm bu haqda danışmağı. Sosial şəbəkələr elədir ki, əgər səhifən açıqdırsa, müəyyən paylaşımlar olur. Kimsə hansısa bir paylaşımı başqa bir tərəfə də yoza bilər. Kimsə də bunu həqiqətən olduğu kimi də qəbul edə bilər. Yenə də deyirəm, elə şeylər var ki, mən bu barədə ümumiyyətlı, heç yerdə danışmıram. Nəsə də ciddi bir şey olarsa, bu haqda ya sosial şəbəkələrdə, ya da haradasa bir açıqlama verərik. Hər şey əladır, gözəldir".


Etiketlər:  İlkin Həsənidən ayrılıq xəbərlərinə REAKSİYA Çox heyf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ