Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kəpəz”də maaş problemi - Futbolçular məşqdən imtina ediblər

“Kəpəz”də maaş problemi - Futbolçular məşqdən imtina ediblər

Tarix: 1 Aprel 2023 20:30

"Kəpəz"də 2 aydır futbolçulara və məşqçilərə maaş verilmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 28-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib: "Bəli, son 2 ayın maaşını almamışıq. Klubun İdarə Heyətinin rəhbəri futbolçularla danışıb. Bildiriblər ki, bu həftə məsələ öz həllini tapmalıdır".

O, maaş almayan komandanı oyuna kökləməyin çətin olduğunu vurğulayıb: "Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər". 

Milli.Az


Etiketlər:  Kəpəzdə maaş problemi Futbolçular məşqdən imtina ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ