Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məndən nə istəyirsiniz?! Bu qədər daşım ağırdır?''

''Məndən nə istəyirsiniz?! Bu qədər daşım ağırdır?''

Tarix: 2 Aprel 2023 06:10

"Evimlə bağlı bir müddət əvvəl yayılan söz-söhbətlər qətiyyən mənim xoşuma gəlmədi. Bu söhbət olub, keçib. İndi kimə lazımdır ki, bu mövzunu yenidən gündəmə gətirirsiz? Düşünürlər ki, bəlkə Firuzəyə ev yaxud nəsə verərlər, biz qalarıq. Mən heç nə demirəm, Allah o insanlara lənət etsin. Az olub, az yemişəm, olmayıbsa da oturub baxmışam. Öz sənətimlə məşğul olmuşam, heç kimə mane olmamışam. Məndən nə istəyirsiz?! Bu qədər daşım ağırdır? Üzümə gülüb, ayağımın altını qazırlar. O insanlar kimdirsə bilirəm. Cavanşir Məmmədov da bir bəhanə olub. İstəyirlər ki, Firuzə İbadovanı hər şeydən küsdürsünlər, ölüb getsin, bu niyə oxuyur?! Onların bağrını çatladan odur. Mən də hər şeyi Allaha həvalə edirəm. Çox keçməz ki, o insanlar özləri ifşa olarlar. Bunu edən jurnalistlər yox, məni gözü götürməyən bəzi, dırnaqarası sənət yoldaşlarımdır".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.

Sənətkar onu xalq artisti Aygün Kazımova ilə müqayisə edib, divanın sənətinə kölgə salanlara da səslənib.

"Bu mənim qətiyyən xoşuma gəlməyən mövzudur. Heç bir müğənnini, kimləsə müqayisə etmək olmaz. Aygün Kazımova öz taxt-tacını quran gözəl bir sənətçimizdir. Sevənləri çoxdur. Mən onu səhnədə yanan bir işıq kimi görürəm. Səhnəyə gəlməzdən əvvəl gətirdiyi işıq, onun sənətinə necə bağlı olduğunu göstərir.

Aygün Kazımova yaşca məndən kiçik olsa da, onun işığı o qədər gözəldir ki. Mənim üçün o gözəlliyin özüdür. Mən bu insanı çox sevirəm, öz zəhməti ilə gəlib bu pilləyə çatıbsa, bu bizim də uğurumuzdur. İstəməzdim ki, belə bir mövzuda adımı Aygün Kazımova ilə hallandırsınlar. Ona nə verərlərsə onun halalıdır, mənə nə verərlərsə mənim halalımdır. Biz bu sənətə gələndə deməmişik ki, villamız, maşınlarımız olsun. Aygün Kazımova ilə mənim yaşım da uyğun deyil, övladım yaşındadır. Onu çox sevirəm, nə etsə halalıdır. Bu insan səhnə üçün yaşayır. Ən bahalı əşyalarını, evini satıb çox gözəl layihələr, konsertlər edir. Bu da Azərbaycan mədəniyyətidir də" deyə sənətkar bildirib.


Etiketlər:  Məndən istəyirsiniz qədər daşım ağırdır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ