Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2023 15:32
Repressiv İran hökumətinin məmurları Sistan və Bəlucistan əyalətində yanacaq daşıyanlara atəş açıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Xəbərə görə, hadisə Sərbaz şəhərində olub: "Hadisə günorta saatlarında baş verib, azı iki nəfərin yaralanıb".
Qeyd edək ki, İranın sərhədyanı bölgələrində yaşayan insanlar ailələrini dolandırmaq üçün qonşu ölkədən ucuz qiymətə yanacaq gətirib satırlar.