Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alkoqoldan ölən rus əsgərlərin sayı... - Britaniya

Alkoqoldan ölən rus əsgərlərin sayı... - Britaniya

Tarix: 3 Aprel 2023 04:38

Rusiya ordusunda qeyri-döyüş itkilərinin ən böyük səbəbi alkoqollu içkilərdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

"Rusiya Ukraynada 200 minə qədər itki versə də, bunların az bir hissəsini qeyri-döyüş şəraitində ölənlər təşkil edir. 27 mart 2023-cü il tarixində Rusiyanın Teleqram kanalları Rusiya qoşunları arasında alkoqolla bağlı insidentlərin, cinayətlərin və ölümlərin son dərəcə yüksək olduğunu yazmışdı. Alkoqoldan istifadə Rusiya cəmiyyəti və hərbçilər arasında adi haldır. Bu, Ukraynaya qarşı genişmiqyaslı müharibənin aparıldığı dövrə də aiddir", - hesabatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Alkoqoldan ölən rus əsgərlərin sayı Britaniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ