Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya vəziyyəti dəyişir, Paşinyan qaçacaq - Badalyan

Rusiya vəziyyəti dəyişir, Paşinyan qaçacaq - Badalyan

Tarix: 3 Aprel 2023 14:24

Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazansa, Ermənistanın daxili siyasi həyatında vəziyyət dəyişəcək. Müəyyən bir fiqurun (Paşinyan - red.) hakimiyyətdə qalmaqla bağlı problemləri olacaq, siyasi sığınacaq almağa ehtiyac yaranacaq. Hazırki hakimiyyət gələcək siyasi sığınacaq məsələsini artıq həll etməyə çalışır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki,bunu erməni politoloq Armen Badalyan deyib.

"İndi müəyyən addımlar atılır ki, bu da sonrakı sığınacaq üçün Qərbə bir növ avans ödənişi sayılmalıdır. Buna ilk növbədə Ermənistanın AB-yə müşahidə missiyası göndərilməsi ilə bağlı müraciətidir. Hakimiyyət orqanlarının bu cür hərəkətlərinə sonradan parlamentdə ratifikasiya edilməli olan BCM-nin Roma Statutuna dair Konstitusiya Məhkəməsinin qərarı da daxil edilməlidir", - o bildirib.

Badalyan vurğulayıb ki, Rusiya da cavab verməkdə gecikmir:

"Ermənistandan idxal edilən süd məhsullarının keyfiyyəti ilə bağlı Rusiya tərəfinin qəfil aşkarladığı problemlər yalnız ilk əlamətdir. Növbəti mərhələdə Ermənistandan qeyri-qanuni miqrasiya problemi qaldırılacaq. Rusiyanın bir sıra fiqurları Ermənistan hakimiyyətinə qarşı indiyədək müşahidə olunmayan sərt bəyanatlara əl atırlar. Bu bəyanatlar Ermənistanda gələcək proseslərin xəbərçisidir".


Etiketlər:  Rusiya vəziyyəti dəyişir Paşinyan qaçacaq Badalyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ