Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2023 19:40
"Yanlış evlilik bütün ömrüboyu uduzmaq deməkdir. Öz taleyimdə bunu yaşadım. İlk gün hiss etmişdim ki, bu, düzgün evlilik olmadı. Xoşbəxt olmaq üçün çox nüanslar var. Məni həyatda çox xoşbəxt edən amillər var. Bəlkə, ona görə də təsir altına düşmədim".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Günaydın, Azərbaycan" verilişində deyib. Həyat yoldaşı Rəhimlə ayrılmasından danışıb:
"Düzgün seçim etməyəndə nə qohumluq, nə yadlıq buna baxır. Ayrılıq qohumluq münasibətimizə təsir etmədi. Hər kəs normal qarşıladı. Hətta dedilər ki, sağ ol, normal, təmkinlə qarşıladın".
Qeyd edək ki, K.Kərimovanın həyat yoldaşı xalası oğlu olub. Cütlük bir neçə il əvvəl boşanıb. Onların bir qız, bir oğul övladı var.