Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2023 23:40
Çin Kuril adalarının mülkiyyəti ilə bağlı mövqeyinə yenidən baxıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo Nyus" nəşrinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Pekinin indi "neytral" baxışları var.
Xəbər agentliyi qeyd edib ki, Çin sədri Si Szinpin Moskvada Vladimir Putinlə bu yaxınlarda apardığı danışıqlarda Kuril adalarını Yaponiyanın bir hissəsi kimi tanımayıb. O, bu mübahisədə heç bir tərəfi dəstəkləməyib və neytral qalıb:
"Beləliklə, Si Szinpin Çinin təxminən altı onillikdə mövcud olan mövqeyindən uzaqlaşıb. 1964-cü ildə Çin lideri Mao Zedonq dörd mübahisəli Kuril adasını Yaponiya ərazisi kimi tanıyıb. Daha sonra iyul ayında o, açıq şəkildə Yaponiya Sosialist Partiyasına bildirib ki, Kuril adaları onlara qaytarılmalıdır".