Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İbrahimova səhnəyə qayıdır? - VİDEO

İradə İbrahimova səhnəyə qayıdır? - VİDEO

Tarix: 4 Aprel 2023 14:40

Doğum gününü qeyd edən müğənni İradə İbrahimova uzun fasilədən sonra yenidən səhnəyə qayıdacağının anonsunu verib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu haqda isə sənətçi "Səhər mərkəzi" verilişinin canlı efirinə video zəng vasitəsi ilə qoşularkən bildirib.
İbrahimovanın sözlərinə görə, o, Ramazan bayramı bitəndən sonra yəni aprel ayının sonlarında Bakıya gələcək:

"Aprelin sonu Bakıya gəlirəm. Səs yazma studiyasında bir sıra işlərim və layihələrim var. Bakıda olduğum zaman efirlərə və verilişlərə qonaq gəlmək istəmirəm".

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub və Türkiyənin İstanbul şəhərinə köçüb.

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 

Milli.Az


Etiketlər:  İradə İbrahimova səhnəyə qayıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ