Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daşkəsəndə yaşlı ər-arvad qətlə yetirilib

Daşkəsəndə yaşlı ər-arvad qətlə yetirilib

Tarix: 4 Aprel 2023 18:34

Daşkəsəndə yaşlı ər-arvad qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Milli.Az-a bildirib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Milli.Az


Etiketlər:  Daşkəsəndə yaşlı ər arvad qətlə yetirilib


RƏYLƏR