Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtoşlar yenidən ''5 mərtəbə''də görünüblər - VİDEO

Avtoşlar yenidən ''5 mərtəbə''də görünüblər - VİDEO

Tarix: 5 Aprel 2023 11:20

"5 mərtəbə" deyilən dairə yenidən "avtoş'' ların məkanına çevrilib. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, təhlükəli hərəkətlər etmək istəyən daha bir sürücü əraziyə gəlib və məhz orada hərəkət iştirakçıları üçün qəza riski yaradıb.

Həmin görüntülər yayıldıqdan sonra DYP Bakı şəhərində ''avtoş''ların məkanına çevrilən əraziləri nəzarətə götürüb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyir ki, belə kadrlar yayılan kimi yol polisi nəzarətə götürür və sürücünü tez bir zamanda aşkar edirlər.

Bənzər hadisə Nəsimi rayonu, Cavadxan küçəsində də olub. 4-cü mikrarayon dairəsi ətrafında axşam saatlarında taksi sürücüsü avtoxuliqanlıq edir. Onun da görüntüləri ərazidəki Təhlükəsiz Şəhər Kameralarına düşüb. Qeyd edək ki, yol polisi paytaxt ərazisində ən çox belə hərəkətlər yol verilən küçə və prospektlərə nəzarəti artırıb.

Araz Əsgərli bildirdi  ki, sözügedən ərazidə avtoxuliqanlıq edən sürücüsü Məhyəddin Cəbiyev müəyyən edilərək saxlanıb. Onun barəsində protokol tərtib edilib. Sənədlər toplanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Avtoşlar yenidən mərtəbədə görünüblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ