Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana 16 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 16 kq narkotik keçirilməsinin qarşısı alınıb

Tarix: 5 Aprel 2023 14:26

Aprel ayının 4-də saat 21:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ