Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərti düşmən hədəfləri belə məhv edildi - VİDEO

Şərti düşmən hədəfləri belə məhv edildi - VİDEO

Tarix: 6 Aprel 2023 10:34

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Sonxeber.net bildirir ki, heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.


Etiketlər:  Şərti düşmən hədəfləri belə məhv edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ