Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu apteklərdə saxlanma müddəti bitmiş bioloji aktiv qidalar satılırmış - SİYAHI

Bu apteklərdə saxlanma müddəti bitmiş bioloji aktiv qidalar satılırmış - SİYAHI

Tarix: 7 Aprel 2023 10:36

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.

Sonxeber.net bildirir ki, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.

Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Həmçinin ötən ilin dekabrın 6-dan etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:


Etiketlər:  apteklərdə saxlanma müddəti bitmiş bioloji aktiv qidalar satılırmış SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ