Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - "avtoşluq" videosuna görə

Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı  -

Tarix: 19 Oktyabr 2019 16:52

"Qarabağ”ın futbolçusu Araz Abdullayevin adı Premyer Liqanın 8-ci turunda “Qəbələ” ilə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qol.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “İnstagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün məşqçilər heyəti bu addımı atıb. Millimizin üzvünün hansı müddətə əsas komandadan uzaqlaşdırıldığı bəlli deyil.

Xatırladaq ki, A.Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

 


Etiketlər:  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı avtoşluq videosuna görə


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ