Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elşad Miridən Hacı Şahinlə bağlı ŞOK ETİRAF

Elşad Miridən Hacı Şahinlə bağlı ŞOK ETİRAF

Tarix: 8 Aprel 2023 23:04

"Hacı Şahinin yerinə bu gündən sonra kim təyin olunsa da, onu əvəz edə bilməyəcək. Azərbaycan dəyərli və olduqca savadlı bir din xadimini itirdi".

Sonxeber.net bildirir ki, bu sözləri referans.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, Hacı Şahinin İslam dinini ən gözəl səviyyədə təbliğ edən bir şəxs olduğunu dilə gətirib:

"Son zamanlar Hacı Şahinin yerinə kimin gələcəyi aktual məsələlərdən biridir. Lakin mən belə düşünürəm ki, Hacı Şahinin yerinə kim təyin olunursa olunsun, o şəxs Hacını əvəz edə bilməyəcək, çünki Hacı Şahin kimi dininə və əqidəsinə bağlı ikinci bir şəxs ağlıma gəlmir. Düzdür, Hacı Şahinin bəzi dedikləri ilə, bəzi çıxışlarıyla razılaşmırdım, onu qınayırdım. O, özü də məni bəzən dediklərimə görə tənqid edirdi, mənimlə razılaşmırdı. Amma bu danılmazdır ki, Hacı Şahin çox gözəl insan, çox savadlı din xadimi idi. O, bu yaşda ölümü qazanmamışdı, amma aramızdan tez köçdü, ona Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə isə səbr arzu edirəm".


Etiketlər:  Elşad Miridən Hacı Şahinlə bağlı ŞOK ETİRAF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ