Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“RT France” müflis elan edildi

“RT France” müflis elan edildi

Tarix: 9 Aprel 2023 13:14

Fransa məhkəməsi Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən RT telekanalını rəsmən müflis elan edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə RT şirkətin prezidenti Kseniya Fedorova məlumat verib.

"Nant şəhər məhkəməsi "RT France"ı ləğv etmək qərarına gəlib" - deyə şirkətin prezidenti vurğulayıb.

Şirkət prezidentinin sözlərinə görə, "RT France"ın əməkdaşları yaxın günlərdə işdən çıxarılacaqlar.
Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən ingilisdilli xəbər kanalına "RT International", "RT Arabic", "RT en Español", "RT France", "RT DE" telekanalları, həmçinin ingilis dilində "RT Documentary" və rus dilində "RT Doc" kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub. Məlumat üçün əlavə edək ki, "Russia Today" telekanalının rəhbəri Marqarita Simonyandır.


Etiketlər:  France müflis elan edildi


RƏYLƏR