Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2023 20:38
"Qarabağ"ın futbolçuları Musa Qurbanlı və Ramil Şeydayev Əl-Əqsa məscidində yaşanan olaylara sakit qalmayıblar.
Hər iki futbolçu da öz sosial şəbəkə hesablarında paylaşım edərək müsəlmanların ilk qibləsi olan Allah evinə dəstək nümayiş etdiriblər.
Sonxeber.net sportinfo-ya istinadən xəbər verir ki, dindar futbolçulardan Şeydayevin paylaşımına "Fikirləşməyin ki, başverənləri Allah görmür. O, sadəcə bu dünyada insanların öz səhvlərini anlamağa vaxt verir" sözlərin yazıb.
Qurbanlı isə hadisə ilə bağlı hesabında yerləşdirdiyi videoya " İsrail Əl Əqsa məscidinə hücum edib" - deyə yazıb.
Xatırladaq ki, iki gün əvvəl işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə gecə saatlarında basqın edən İsrail polisi Qiblə məscidinə sığınanlara səs bombası və rezinlə güllələrlə müdaxilə edib, burada olanları dəyənəklərlə vurub.
Hadisə mətbuatın güdəmi olub və insanlar tərəfindən sərt qınanıb.