Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 16:40
"Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir, müharibə edirik, təbiətə ziyan vururuq, bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala anayla düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Tək bilirik ki, sonumuz buradır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə deyib. Qəbiristanlıqda video çəkib yayımlayan aktrisa bunları əlavə edib:
"Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb. Biz kimik ki... Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin. Bir-birimizin qədrini bilək, sonra deməyək - heyif".