Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 22:44
"Oyunun əvvəllərində qol vurmuşduq. Düzdü, şanslarımız çox oldu. 2-3 qol da vura bilərdik. Amma sona yaxın yorulduq. Zədələnmələr, oyunçu dəyişiklikləri bizə pis təsir etdi. Amma zamanla özünü toparlamalısan. "Sabah" həqiqətən də güclü kollektivdir".
Qol.az-ın məlumatına görə bu sözləri "Keşlə"nin futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
31 yaşlı oyunçu qarşılaşmanın ağır keçdiyini söyləyib: "Gərək hər matç yaxşı oynayasan. Bəlkə, "Qəbələ" ilə görüşümüz bundan da ağır olacaq. Ona görə də heç kim kənardan çempionatın asan keçdiyini düşünməsin. Əsas odur ki, xal qazandıq. Düzdür, qalib gələ bilərdik. Sona 2 dəqiqə qalmış qol buraxdıq. Amma bunu unutmaq lazımdır. Artıq "Qəbələ" ilə oyunu düşünməliyik. Gördüyünüz kimi, çempionat necə ağırdırsa, "Qəbələ" "Qarabağ"dan xal aldı. Həqiqətən də gözlənilməz nəticə idi. Amma "Qəbələ" çox dəyişiklik olmasına baxmayaraq, yaxşı futbol oynadığını sübut etdi. Bizim növbəti oyunumuz da bu komandaya qarşıdır. Bu gün çox yorulduq. Bu səbəbdən qol buraxdıq. Bəlkə də ədalətli heç-heçə idi. Yenə deyirəm, unutmaq lazımdır".
Ə.İsmayılov öz oyunu haqda da danışıb. O, tam formada olmadığını deyib: "Hələ tam hazır deyiləm. İlk dəqiqələrdən meydanda oldum. Oyundan-oyuna formaya düşməyə çalışıram".