Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 18:04
Çin sakini qonşusunun mindən çox toyuq-cücəsini qorxudan öldürüb və 6 ay müddətinə həbs olunub.
Bu barədə Henqyan məhkəməsinin qərarına istinadən məlumat yayılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Qu adlı şəxs 1100 toyuğu qorxudaraq öldürməkdə təqsirli bilinib. Hadisə 2022-ci ilin aprelində kişinin qonşusu Çjun ilə mübahisəsindən sonra baş verib. Müttəhimin sözlərinə görə, Çjun Quya məxsus ərazidə icazəsiz ağacları kəsib.
Məhkəmə müəyyən edib ki, çinli kişi gecələr bir neçə dəfə Çjunun toyuq fermasına yollanıb. Qunun əlindəki fənər quşları təşvişə salıb. Toyuqlar qorxudan bir küncə sıxışaraq yaranan izdihamda tələf olublar.
İlk dəfə Qunun gecə reydi nəticəsində 500 toyuq ölüb. Bundan sonra polis onu saxlayaraq qonşusuna 3000 yuan (436 dollar) təzminat ödəməyi tələb edib. Bununla belə, Qu yenidən tövləyə girib və daha 600-dən çox toyuğun ölümünə səbəb olub.
Nəticədə Çjuna dəymiş ziyan məhkəmə tərəfindən 13.840 yuan (2015 dollar) dəyərində qiymətləndirilib. Qu 1 il sınaq müddəti olmaqla 6 ay həbs cəzasına məhkum edilib.