Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2019 00:18
Bakı. Trend:
Kubanın prezidenti Migel Diaz Kanel Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak edəcək.
Trend-in Kuba KİV-lərinə istinadən verdiyi məlumata görə, Migel Diaz Kanel oktyabrın 20-dən ba.layaraq İrlandiya, Belarus və Rusiyaya səfər etməyi planlaşdırır.
Məlumata əsasən, üç ölkəyə səfərindən sonra Kuba prezidenti Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Qoşulmama Hərəkatının 18-ci Sammiti 25-26 oktyabr Bakıda keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin