Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 20:02
Türkiyə pilotsuz döyüş təyyarələrini yerləşdirmək üçün hazırlanmış dünyanın ilk amfibiya hücum gəmisini istifadəyə verməyə hazırlaşır.
Sonxeber.net xəbər verir ki, yeni "TCG Anadolu" gəmisinin göyərtəsinə 10 helikopter və 11 PUA, anqarına isə 19 helikopter və 30 PUA yerləşdirilə bilər.
Uzunluğu 231 metr və eni 32 metrdir və ən azı 20,5 düyün sürətə çata bilir.
"TCG Anadolu"nun istehsalı hələ 2018-ci ildə başlayıb və 2022-ci ildən etibarən sınaqdan keçirilməyə başlanılıb.
Bu desant gəmisinin göyərtəsində "Bayraktar-TB2" PUA-ları yerləşdiriləcək ki, bu da Türkiyə ordusunun əməliyyatların aparılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. (publika)