Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyana çətir atan qadına qarşı cinayət işi açıldı

Paşinyana çətir atan qadına qarşı cinayət işi açıldı

Tarix: 10 Aprel 2023 21:24

Ermənistan Baş naziri Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, aprelin 10-da Paşinyan Dərələyəz mahalının (Vayodzor rayonu) Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın ona çətir atıb.

Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.

Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az


Etiketlər:  Paşinyana çətir atan qadına qarşı cinayət işi açıldı


RƏYLƏR