Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 13:06
Rusiya qoşunları Ukraynanın yaşayış məntəqələrinə getdikcə daha tez-tez aviabombalarla hücumlar etməyə başlayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki,bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
O bildirib ki, rusların aviabombalarla daha çox hücum etməsinin səbəbi yüksək dəqiqliyə malik və müasir raketlərin olmamasıdır:
"İndi rusların kifayət qədər İsgəndər-M və "Kalibr" raketləri yoxdur. Lakin Rusiyanın hələ də kifayət qədər S-300 raketi var".
Romanenkonun sözlərinə görə, düşmən anlayır ki, ona daim düşmənə təzyiq etmək, Ukrayna hədəflərini vurmaq lazımdır:
"Əvvəllər işğalçılar enerji infrastrukturu obyektlərinə hücumlara diqqət yetirirdilər, lakin onların planı iflasa uğradı".