Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstə uşaqları belə qanunsuz əməllərinə alət etdilər - VİDEO

Xəstə uşaqları belə qanunsuz əməllərinə alət etdilər - VİDEO

Tarix: 11 Aprel 2023 17:38

Talassemiya xəstəliyi olan uşaqların valideynlərindən övladlarını xaricdə müalicə etmək adı ilə külli miqdarda pul alaraq onları aldadıblar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in votsap nömrəsinə zəng edən edən bir qrup valideyn çıxış edib.

Aldadıqlarını iddia edən valideynlərin sözlərinə görə, onlardan külli miqdarda pul alıb sonradan yoxa çıxan şəxs  "My Doc Tour" MMC-nin və " Urmedhelp" MMC-nin direktoru Seyidova Nuridə Məmməd qızı və Aynur Bayramovadır.

Zərərçəkmişlər arasında hətta şəhid övladı da var.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova də bu cür dələduzluq faktının olduğunu təsdiqləyir.

"Xəzər Xəbər"in əməkdaşı məsələdə adı hallanan Türkiyəli hematoloq Prof. Dr. Mehmet Akif Yeşilipeklə də telefon əlaqəsi saxlayıb. Türkiyəli doktor Aynur adında bir işçisinin olmadığını bildirib.

Aynur Bayramova ilə əlaqə saxlamaq cəhdi isə alınmayıb.

Valideynlərin Daxili İşlər Nazirliyinə müraciətindən sonra dələduzluqda ittiham edilənlərdən biri Nuridə Seyidova məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilib.

Milli.Az


Etiketlər:  Xəstə uşaqları belə qanunsuz əməllərinə alət etdilər VİDEO


RƏYLƏR