Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu məşhur kimi deyil, bir ana kimi edirəm'' - Şakira

''Bunu məşhur kimi deyil, bir ana kimi edirəm'' - Şakira

Tarix: 11 Aprel 2023 18:38

Məşhur müğənni Şakira oğulları Milan və Saşa ilə bağlı müraciət edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı paparatsilər və media orqanlarından onları addım başı izləməməyi xahiş edib.

"Bir ictimai xadim kimi həyatımda dəyişikliklərin baş verdiyi bu vaxtda mətbuatda mənim və ailəmlə bağlı xəbərlərə daimi marağın olması başa düşüləndir. Bununla belə, övladlarım - Milan və Saşa Barselonada paparatsilər, müxtəlif media orqanlarının işçiləri tərəfindən davamlı olaraq təqiblərə məruz qaldıqları çox çətin il yaşadılar.

İndi onların həyatında yeni mərhələ başlayır. Oğullarımın adından xahiş edirəm ki, onların şəxsi toxunulmazlıq hüququna hörmət edilsin. Xahiş edirəm ki, Barselonada hər gün baş verdiyi kimi, görüntülər əldə etmək üçün onları məktəbin çıxışında və ya girişində izləməkdən, evimizin qapısında gözləməkdən və ya dərsdənkənar fəaliyyətlərində izləməkdən çəkinin. Bu müraciətimi məşhur kimi deyil, bir ana kimi edirəm" deyə, o paylaşımında yazıb.

Qeyd edək ki, Şakira xəyanətə uğradıqdan sonra eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən ayrılıb. İkili 11 il münasibətdə olub və iki övladları var.

Hazırda Pikenin sevgilisi Klara Çianın hamilə olduğu deyilir.


Etiketlər:  Bunu məşhur kimi deyil kimi edirəm Şakira


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ