Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Allah ikinizə də rəhmət etsin!”

“Allah ikinizə də rəhmət etsin!”

Tarix: 11 Aprel 2023 21:05

Aktyor Səmimi Fərhad ötən gün vəfat edən Xalq artisti Azər Paşa Nemətovla bağlı qalmaqala qoşulub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə aktyor feysbukda status paylaşıb. O, ad çəkmədən mərhum direktor haqda "Sənə heç rəhmət düşmür" deyən küsülü olduğu həmkarı Hikmət Rəhimova söz atıb:

"Diri ölüyə rəhmət oxumasa da, lənət oxuyacaq qədər kiçik və acizdir. Allah ikinizə də rəhmət etsin!".

Qeyd edək ki, Rəhimov illər əvvəl Azərbaycan Akademik Milli Dram Teatrından qalmaqallı şəkildə ayrılmış, dünən direktorun vəfat xəbəri yayıldıqdan sonra feysbukda bu sözləri yazmışdı:

"Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!".

Onu da xatırladaq ki, S. Fərhadla Rəhimov bir neçə il öncə çəkiliş zamanı əlbəyaxa dava edib. Hətta Hikmət həmkarını ona xəsarət yetirməsi iddiası ilə polisə verib.

Milli.Az


Etiketlər:  Allah ikinizə rəhmət etsin


RƏYLƏR