Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurbanovun oğlu İtaliya klubuna transfer oluna bilər

Qurbanovun oğlu İtaliya klubuna transfer oluna bilər

Tarix: 12 Aprel 2023 08:14

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Milli.Az "report"a istinadən bildirir ki, 21 yaşlı hücumçu "Torino" klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, gənc forvardı Türkiyə təmsilçiləri də yaxından izləyir. Lakin onun Turin klubuna keçidinin daha inandırıcı olduğu yazılıb. Bildirilib ki, "Torino" Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sayəsində Qurbanlının transferində üstünlük qazana bilər.

Həmçinin klubun istedadlı oyunçunu heyətinə cəlb etmək üçün "Qarabağ"ı qane edəcək təklif göndərməli olduğu vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlının Ağdam təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Milli.Az


Etiketlər:  Qurbanovun oğlu İtaliya klubuna transfer oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ