Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balıqartırma zavodları özəlləşdiriləcək

Balıqartırma zavodları özəlləşdiriləcək

Tarix: 3 May 2019 16:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq.

Trend-in məlumatına görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

İ.İbrahimovanın sözlərinə görə, artıq bununla bağlı Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsi ilə lazım olan yazışmalar aparılır:

"Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycanda balıqçılığın inkişafı üçün potensial var. Balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır:

"ETSN olaraq, biz maraqlıyıq ki, hər kəsin süfrəsində insan sağlamlığı üçün çox önəmli qida olan balıq olsun. Sahibkarlar bu zavodları özəlləşdirməklə müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Balıqartırma zavodları özəlləşdiriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ