Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depardye 13 qadına təcavüzdə ittiham olunur

Depardye 13 qadına təcavüzdə ittiham olunur

Tarix: 12 Aprel 2023 21:00

Fransız aktyor Jerar Depardye 13 qadına cinsi təcavüzdə ittiham olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bütün ittihamlar aktyorun 2004-2022-ci illər arasında üzərində işlədiyi 11 film və seriala əlaqəlidir. Bu barədə "Médiapart" hesabatında yazılıb. Hesabatda Depardyenin yersiz zarafatlarına və ya müxtəlif təkliflərinə məruz qalan 13 qadının ittihamları toplanıb. Onların bəziləri hadisə ilə bağlı anonim danışıb.

Şəxslər arasında 2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürən kanadalı aktrisa Şarlotta Arnold da var. Onun sözlərinə görə, o, atasının köhnə dostu Depardye tərəfindən iki dəfə cinsi təcavüzə məruz qalıb. İş hazırda məhkəmədədir.

Milli.Az


Etiketlər:  Depardye qadına təcavüzdə ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ