Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 16:00
"2022-ci il üçün üçün yay otlağından istifadəyə dair icarə haqqını ödəməsəniz, köç prossesində iştrakınıza icazə verilməyəcək".
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu cür mesajlar Laçın və Kəlbəcər yaylaqlarına növbəti səfərə hazırlaşan bir qrup fermerə gəlib.
Əslən Laçın rayonundan olan Əfgər Museyibov deyir ki, təsərrüfat sahibi olan atasının adına "e.agro" portalından SMS gəlib. Mesajda isə ödəniləcək məbləğ və ya digər hansısa məlumat göstərilməyib. Fermer bildirir ki, Laçın və Kəlbəcər yaylaqlarına köç prossesi xeyli vəsait tələb edir. Torpaq icarəsi isə xərci daha da artırır.
Təsərrüfat sahibi Elman Mövsümovda mal-qarasını Laçına aparmaq istəyənlərdəndir.
Ötən il də yaylaq mövsümündə Qarabağda olub və bol məhsuldarlıqla geri dönüb. Ancaq ona hər hansı ödəniş etməsi üçün məlumat verilməyib.
"Xəbər Ertəsi" məsələ ilə bağlı Kənd Təsərrüfat Nazirliyi ilə əlaqə saxlayıb"
Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, hər 2 şəxs köç etmədən öncə yay otlaq sahələrindən istifadə ilə bağlı müqavilə imzalayıb.
Buna baxmayaraq müqavilədə hər hektar üçün nəzərdə tutulan məbləğ ödənilməyib. Nəticədə də Elman Mövsümovun 162, digər fermer Museyib Museyibovun isə 168 manat ödənilməmiş icarə haqqı qalıb. Elə buna görə də, həmin şəxslərə icarə haqqını ödəmələri ilə bağlı məlumat göndərilib.