Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

23-cü günün duası - İmsak və iftar vaxtı

23-cü günün duası - İmsak və iftar vaxtı

Tarix: 13 Aprel 2023 21:50

Sabah Ramazan ayının 23-cü günüdür.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.

İmsak duası:

"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin"

Tərcüməsi:

"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"
Ətraflı

İftar duası: 
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Allah orucunuzu qəbul eləsin!

Milli.Az


Etiketlər:  23 günün duası İmsak iftar vaxtı


RƏYLƏR