Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 08:24
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.) ticarət zamanı qızılın qiyməti 1 troya unsiyası üçün 2050 dollardan yuxarı qalxıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qiymətli metalın qiyməti sonuncu dəfə 9 mart 2022-ci ildə bu həddə çatıb.
Qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmləri də bahalaşıb.
Ekspertlər dünyada artan siyasi və iqtisadi gərginlik fonunda qızılın bahalaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.