Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 17:04
Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə yazıb.
O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edib.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. AliMəhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində çalışır.